"Liverpul"da rekord müqavilə - rəsmi

"Liverpul"da rekord müqavilə - rəsmi
DÜNYA FUTBOLU 25 Yanvar 2017 / 12:22 4872
-  A +

"Liverpul" futbolçusu Filipp Koutinyo ilə müqavilənin müddətini uzadıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı oyunçu ilə 5 illik yeni müqavilə imzalanıb.

F.Koutinyo 2022-ci ildə  müddəti başa çatacaq yeni müqavilə ilə həftəsinə 150 min funt stelinq qazanacaq. Bununla da o, klub tarixində ən çox maaş alan futbolçu olacaq.

Qeyd edək ki, F. Koutinyo 2013-cü ildə İtaliya "İnter"indən 8.5 milyon avroya "Liverpul"a transfer olunub.


Son xəbərlər
topaz banner