Əslən Azərbaycandan olan, lakin Ukrayna millisinin şərəfini qoruyan, hazırda Moskva “Lokomotiv”ində çıxış edən Aleksandr Əliyev sabiq klubu - Kiyev “Dinamo”su ilə oyunda iştirak etməməsinin səbəbini açıqlayıb. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Əliyev meydana çıxmamasına belə aydınlıq gətirib: “Çox təəssüf ki, oyun ərəfəsində mən soyuqlamışdım. Bu səbəbdən də meydana çıxmağım qeyri-mümkün idi. Oyuna gəldikdə isə, hesab edirəm ki, bu, yoxlama oyunu idi və nəticə heç də önəmli deyildi. Əsas odur ki, hər iki komandanın futbolçuları zədədən yan qaça bildilər”.
Xatırladaq ki, oyun “Lokomotiv”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı