Ronaldo, Xames, Danilo oynamaya bilər

Ronaldo, Xames, Danilo oynamaya bilər
DÜNYA FUTBOLU 24 Yanvar 2017 / 10:15 3833
-  A +

"Real"ın futbolçuları Kriştiano Ronaldo, Xames Rodriqes və Danilo İspaniya kubokunun 1/4 finalında "Selta" ilə cavab oyununu buraxa bilərlər.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, sözügedən oyunçular komandanın son məşqində iştirak etməyiblər. Onların qarşıdakı görüşdə oynayıb-oynamayacağını tam dəqiqləşmədiyi bildirilib.

Qeyd edək ki, "Selta" - "Real" matçı sabah keçiriləcək. Bu komandalar arasında ilk oyunda "Selta" 2:1 hesabı ilə qalib gəlib.


Son xəbərlər
topaz banner