Əvvəl nəzəri məşğələ, sonra toplu çalışma

Əvvəl nəzəri məşğələ, sonra toplu çalışma
VİDEO 23 Yanvar 2017 / 01:40 1740
-  A +

2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 12-ci gününü yekunlaşdırıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Roman Qriqorçukun yetirmələri günün ilk yarısında nəzərə məşğələ ilə kifayətlənib.

Günün ikinci yarısında isə “qırmızı-qaralar” toplu çalışmalarla məşq edib.

Zədədən sonra bir müddət bərpa prosesi keçən Murad Musayev komanda ilə birlikdə çalışıb. Məhəmməd Mirzəbəyov və Elvin Camalov isə fərdi hazırlıqla kifayətlənib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner