"Hər iki oyundan razı qaldım" - Qurban Qurbanov

"Hər iki oyundan razı qaldım" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 22 Yanvar 2017 / 21:44 2919
-  A +

"Hər iki oyundan razı qaldım. Futbolçular son ana qədər vuruşdular, mübarizə apardılar".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində bu gün "Atırau" (0:1) və "Termalika"ya (3:2) qarşı keçirdikləri yoxlama matçından sonra deyib.

O, təlim-məşq toplanışından razı qaldığını bildirib:

"Hər bir futbolçu işlərinə ciddi yanaşdılar, yaxşı hazırlaşdıq. Hələ tam olaraq hazır deyilik, bir neçə tur sonra komanda tam hazır olacaq. Çalışdıq ki, bu toplanışı maksimum şəkildə yaxşı dəyərləndirək".

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə