Avro-2012-nin seçmə mərhələsində millimizin rəqibi olan Qazaxıstan millisinin baş məşqçisi Bernd Ştork “A” qrupunun oyunlarının təqviminə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, Qazaxıstan Futbol Federasiyasının rəsmi internet saytına verdiyi açıqlamada Ştork təqvimin istədikləri kimi alındığını söyləyib: “Bizim görüşümüz çox yaxşı keçdi. Cəmi 92 dəqiqə ərzində təqvimi müəyyənləşdirmək mümkün oldu. Təqvimi bizim üçün uğurlu hesab edirəm. Qazaxıstan tərəfi 2010-cu ildə azarkeşlərin 3 ev oyununa şahidlik etməsinə nail oldu. Xüsusən də Almaniya və Türkiyə kimi nəhənglərə qarşı evdə oynamağımız yaxşı haldır. 2011-ci ildə keçirəcəyimiz oyunların da təqvimindən razıyam”.
Xatırladaq ki, millimiz Qazaxıstanla 2011-ci il iyunun 3-də səfərdə, sentyabrın 6-da isə öz meydanında qarşılaşacaq.
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı