Mehmet Ak: "Neftçi" klubuna yaxından bələdəm"

Mehmet Ak: "Neftçi" klubuna yaxından bələdəm"
XƏBƏR 22 Fevral 2010 / 19:17 2413
-  A +

“İlk növbədə onu deyim ki, “Neftçi” kimi klubun baş məşqçi postuna adımın hallandırılması mənim üçün qürurvericidir. Amma indi bu haqda geniş danışmaq istəmirəm. Hər şeyi zaman göstərəcək”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Neftçi”nin baş məşqçi postuna namizəd göstərilən türkiyəli məşqçi Mehmet Ak deyib. Gənc mütəxəssis Azərbaycan futboluna yaxından bələd olduğunu söyləyib: “Neftçi” hədəfləri olan bir klubdur. Azərbaycan futbolunu sevən bir şəxs kimi mən də flaqmanın tezliklə əvvəlki nüfuzunu qaytarmasını istəyirəm. Əgər xidmətimə ehtiyac duyarlarsa, komandanın uğurlu çıxışı üçün əlimdən gələni etməyə hazıram. Azərbaycan futboluna yaxından bələdəm. Hətta univertsiteti bitirərkən diplom işimi də Azərbaycan futbolu haqda yazdım. “Neftçi”nin nəyə qadir olduğunu da gözəl bilirəm. Hələ komanda yanvarda Antalyada olarkən klubun düşərgəsinə baş çəkdim və yoxlama oyunlarını izlədim. Ona görə də “Neftçi”ni yaxından tanıdığımı söyləyə bilərəm. Azərbaycanda iki il çalışmışam. Bu iki il ərzində “Qarabağ”da gözəl işlər görə bildik. “Neftçi” rəhbərliyinin də komandanın uğuru üçün əllərindən gələni etdiklərini görürəm. Komanda üçün yüksək səviyyəli şərait yaradılıb. Əminəm ki, “Neftçi” üçün çempionatda hələ heç nə itirilməyib. 10 turluq mübarizə ərzində 6 xallıq fərqi aradan qaldırmaq problem deyil. Yetər ki, komanda öz oyununu tapıb, azarkeşlərini, rəhbərliyi sevindirə bilsin”.

Son xəbərlər