Çindən “Qarabağ”ın sabiq oyunçusuna təklif

Çindən “Qarabağ”ın sabiq oyunçusuna təklif
ÖLKƏ FUTBOLU 17 Yanvar 2017 / 13:31 6016
-  A +

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Leroy Corc karyerasını Çində davam etdirə bilər.

Qol.az-ın Hollandiya mətbuatına istinadən yaydığı xəbərə görə, superliqada yarışan “Şanxay Şenxua” 29 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Bununla əlaqədar Leroyun hazırda müqavilə ilə məxsus olduğu Türkiyənin “Göztəpə” klubuna rəsmi təklif göndərilib.

Hələlik Leroy Corcun bu təklifə münasibəti bilinmir.

Qeyd edək ki, “Şanxay Şenxua” Karlos Teves, Demba Ba, Obafemi Martins və Quarin kimi futbolçularla transfer etməklə də məşhurlaşıb.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə