“Orduspor”un oyununda xoşagəlməz hadisə yaşandı

XƏBƏR 22 Fevral 2010 / 11:32 2139
-  A +

Milli komandamızın sabiq üzvü Anatoli Ponomaryovun çıxış etdiyi Türkiyənin “Orduspor” klubunun azarkeşlərindən biri dünən “Konyaspor”la oyunda problemlə qarşılaşıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sevimli komandasını alqışlayarkən yerə yıxılan fanata dərhal həkimlər ilkin tibbi yardım göstəriblər. Həkim müayinəsindən sonra azarkeşin yerə yıxılarkən qolunun qırıldığı məlum olub.


Son xəbərlər
topaz banner