Nizami Sadıqov: "Əldə etdiyimiz qol imkanlarını boşa verdik"

XƏBƏR 21 Fevral 2010 / 17:53 1990
-  A +

"Ənənəvi olaraq, oyun boyu əldə etdiyimiz qol imkanlarını bugünkü qarşılaşmada da boşa verdik. Matç ərzində 10-12 real qol epizodlarından yalnız birindən istifadə etdik. Rəqibin uzaq məsafədən vurduğu qol bizim üçün gözlənilməz oldu”. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Turan” – “Simurq” matçının oyunsonrası mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Nizami Sadıqov deyib.

Son xəbərlər