Messi Kumana çatdı

Messi Kumana çatdı
DÜNYA FUTBOLU 12 Yanvar 2017 / 10:15 4412
-  A +

 İspaniya kubokunun 1/8 finalında "Atletik"lə cavab oyunu  "Barselona"nın futbolçusu Lionel Messi üçün əlamətdar olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  matçln 78-ci dəqiqəsində fərqlənən argentinalı hücumçu "Barsa"da cərimə zərbəsindən vurduğu qolların sayını 26-ya yüksəldib. Bununla da o, klub tarixində ən çox cərimə zərbəsindən fərqlənən Ronald Kumana çatıb.

R.Kuman özünün "Tvitter" səhifəsindən L.Messini bu münasibətlə təbrik edib.


Son xəbərlər
topaz banner