Vaqif Sadıqov: "İnter" bizdən daha sürətli oynadığı üçün qələbə qazandı"

Vaqif Sadıqov: "İnter" bizdən daha sürətli oynadığı üçün qələbə qazandı"
XƏBƏR 21 Fevral 2010 / 16:19 2038
-  A +

“Bu gün oyunumuz heç alınmadı. İkinci hissəyə baxanda birinci hissə daha güclü oynadıq.Orta sahəmizdə boşluqlar var idi. Rəqibimiz bizdən daha sürətli oynadığı üçün qələbə qazandı. Mən əlimdən gələn hər şeyi etdim. Bununla belə sürət baxımından rəqib bizdən güclü oldu. Bu matça bir xal qazanmaq üçün çıxmamışdıq. Məqsədimiz yalnız qələbə qazanmaq idi. “Neftçi” son beş oyunda dörd iddialı kluba qarşı çıxış edib. Bunu da nəzərə almaq lazımdır”. Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter” – “Neftçi” matçının oyunsonrası mətbuat konfransında qonaq komandanın baş məşqçisi Vaqif Sadıqov deyib.

Son xəbərlər