2016-cı ilin dekabrın 28-də məşhur dağıştanlı iş adamı, "Nafta Moskva"nın prezidenti Süleyman Kərimov “Anji”dəki səhmlərini başqa bir iş adamı Osman Kadıyevə satdı. Bununla da Kərimovun Mahaçqala klubundakı rəhbərliyi başa çatdı.
Qol.az-ın xəbərinə görə, Süleyman Kərimov “Anji”ni 2011-ci ildə almışdı. Bundan sonra o, nəinki Rusiyada, bütün Avropada, dünya futbolunda səs-küy salan transferlər gerçəkləşdirdi. Klubun yeni sahibi Osman Kadıyev bugünlərdə Rusiya mətbuatına müsahibəsində bildirib ki, “Anji”nin sahibi olduğu 6 ilə yaxən müddətdə Kərimov 1 milyard dollardan artıq pul xərcləyib!
Bəs nəticə nə olub? Heç nə, sıfır!
Amma görün Kərimov “Anji”yə gələndə nələr etmişdi... Ardıcıllığa diqqət edin.
* 18 yanvar 2011-ci ildə “Anji” Süleyman Kərimovun klubun səhmlərini aldığını elan edir.
* 2011-ci ilin fevralında “Anji” ilk superulduzu – Roberto Karlosu alır. Braziliyalı Rusiya çempionatında çıxış edəcək ilk dünya çempionu olur. Həmin ilin yayında Dağıstana başqa bir ulduz futbolçu gəlir: Samuel Eto’О.
Roberto Karlos
* 2013-cü ildə “Anji” Qus Hiddinkin rəhbərliyi altında tarixinin ən böyük uğurunu – Rusiya çempionatının bürünc medalını qazanır və ölkə kubokunun finalına çıxır.
* Həmin ilin yanvarında “Anji” klub tarixinin ən bahalı transferini həyata keçirir. Villian 35 milyon avroya “Şaxtyor”dan alınır.
* 2013-cü ilin yayında məlum olur ki, Süleyman Kərimov 3 il ərzində “Anji”yə 450 milyon avrodan çox pul xərcləyib.
* 2013-cü ilin avqustunda Kərimov uğursuz transfer siyasətinə son qoyur. Ciddi uğur qazana bilmədiklərini görən iş adamı “Anji”nin demək olar ki, bütün əsas heyətini satır. Elə həmin il Mahaçqala komandası Premyer Liqanı tərk edərək aşağı liqaya düşür.
* “Anji”nin sahibi olduğu dövrdə Süleyman Kərimov Rusiyanın ən varlı iş adamlarının siyahısında (“Forbes”in versiyasına əsasən) mövqeyini düz 30 pillə itirir.
* Nəhayət, 28 dekabr, 2016-cı ildə “Anji”nin sahibliyi Süleyman Kərimovdan “Qrandeko” şirkəti və Osman Kadiyevə keçir.
Osman Kadiyev: “Süleyman Kərimov 6 il ərzində 1 milyard 400 milyon dollar məbləğində şəxsi vəsaitini “Anji”yə xərclədi. Geniş mənada isə heç bir nəticə qazanılmadı. Hesab edirəm ki, bütün bu illər ərzində klubda Kərimovu sadəcə aldadıblar. Ən sonda o, qəzəbləndi və klubu tərk etdi”.
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər
"Liverpul"dan ayrıla biləcək 6 futbolçu
Rəşad Sadıqov AFFA-ya söz atdı - Video
2-ci liqada daha 6 oyunun vaxtı məlum oldu
FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi
Avroliqada bütün 1/4 finalçılar müəyyənləşdi
Konfrans Liqasında 1/4 finalçılar bəlli oldu
"Real"ın ən yaxşı futbolçusu seçildi
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq