"Qarabağ"ın yeni transferi Ağabala Ramazanov komandanın Antalyada davam edən təlim-məşq topıanışına qoşulub və ilk məşqinə çıxıb.
Qol.az-ın xəbərinə görə, millimizin üzvü “Qarabağ”a keçidi və ilk məşqi haqda klubun rəsmi saytına açıqlama verib.
"Bura gəlməmişdən öncə Qurban Qurbanovun mənimlə maraqlandığını bildim. Karyeram üçün bu təklifi dəyərləndirmək istədim. Bu gün həm Azərbaycanda, həm də Avropada tanınan bir kluba transfer olmuşam. "Qarabağ"da mənim üçün hər şey yaxşı olacaq. Komandada hər bir mövqe üçün kəskin rəqabət var. Bu da mənim üçün ən ideal variantdır. Daim öz üzərimdə məşq edib əsas heyətə düşmək üçün çalışacam. İndiki səviyyəyə çatmağımda "İnter"in rolu böyükdür, oradakı məşqçilər heyəti, komanda yoldaşlarım və klub rəhbərliyinə də öz təşəkkürümü bildirirəm. Bu gün "Qarabağ"la ilk məşqimə çıxdım. Futbolçuların çoxu tanıdığım insanlardır. Yeni komandama uyğunlaşmağımda problem olmayacaq".
Ağabala Ramazanov mövsümün ikinci hissəsi haqda da danışıb: "Mövsümün II yarısı komandamız üçün daha çətin olacaq. Digər rəqiblərimiz də heyətlərini gücləndirib və bizdən xal almaq üçün mübarizə aparacaqlar. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək. Mən də öz oyunumla komandama xeyir vermek üçün əlimdən gələni edəcəm".
Gənc hücumçu azarkeşlər haqda danışmağı da unutmayıb: "Qarabağ"ın çox böyük azarkeş ordusu var. Komanda yoldaşlarımdan onların daim klub və futbolçularının yanında olduqlarını eşitdim. Onların da etimadını doğrultmağa çalışacam".
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə