“Qarabağ”ın ikinci transferi - rəsmi

“Qarabağ”ın ikinci transferi - rəsmi
ÖLKƏ FUTBOLU 6 Yanvar 2017 / 15:13 10356
-  A +

“Qarabağ" 2016/17-ci illər mövsümünün qış transfer pəncərəsində növbəti transferini gerçəkləşdirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "İnter"dən ayrılan, milli komandamızın üzvü Ağabala Ramazanovla 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 24 yaşlı hücumçu daha əvvəl "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İnter" klublarının formasını geyinib. 2014-cü ildən milli komandamıza dəvət alan Ağabala Ramazanov 1 qolla yadda qalıb.

Ağabala Ramazanov bu gün komandamızın Antalyada baş tutan qış təlim-məşq toplanışına qoşulub.

Xatırladaq ki, bundan əvvəl "Qarabağ" "Neftçi"dən Elşən Abdullayevi heyətinə qatıb.

Daha çox


Son xəbərlər
26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner