Bülənt Qorxmazın hazır saymadığı futbolçu milliyə dəvət aldı

Bülənt Qorxmazın hazır saymadığı futbolçu milliyə dəvət aldı
XƏBƏR 20 Fevral 2010 / 12:24 2375
-  A +

“Bakı”nın hücumçusu Alan Vanqa Keniya millisinə dəvət alıb. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Vanqa Keniya millisinin 2010-cu il fevralın 27-də Əddis Əbəbədə Efiopiyaya qarşı keçirəcəyi matçda meydana çıxa bilər.
Maraqlıdır ki, “Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz dünən saytımıza verdiyi müsahibədə afrikalı forvardın hələ meydana çıxmaq üçün hazır olmadığın ı qeyd etmişdi.

 


Son xəbərlər