"Qarabağ"dan növbəti transfer

"Qarabağ"dan növbəti transfer
ÖLKƏ FUTBOLU 5 Yanvar 2017 / 15:40 8182
-  A +

"Qarabağ" milli komandamızın və Bakı "İnter"inin futbolçusu Ağabala Ramazanovu transfer edir.

Bu barədə Qol.az-a Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib. Yaxın günlərdə 23 yaşlı hücumçu ilə müqavilə imzalanacağı nəzərdə tutulub.

Hələlik tərəflər arasında müqavilə imzalanmadağından futbolçu "Qarabağ"ın bu gündən başlayan təlim-məşq toplanışına qoşulmayıb.

Qeyd edək ki, Ramazanovun "Neftçi"yə keçidi gündəmdə idi.

Daha çox


Son xəbərlər