Ramil "Samsunspor"un düşərgəsinə qoşuldu

Ramil "Samsunspor"un düşərgəsinə qoşuldu
ÖLKƏ FUTBOLU 5 Yanvar 2017 / 09:45 5884
-  A +

Millimizin futbolçusu Ramil Şeydayev "Trabzonspor"un düşərgəsini tərk edib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, Türkiyə birinci liqa təmsilçisi "Samsunspor"un düşərgəsinə qoşulub. Millimizin hücumçusunun Samsun təmsilçisində icarə əsasında çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, R.Şeydayev ötən ilin yayında "Trabzonspor"a transfer olunub. Ancaq o, burada heyətdə yerini möhkəmlədə bilməyib.

Daha çox


Son xəbərlər