Ərsun Yanaldan Ramil Şeydayevə son şans

Ərsun Yanaldan Ramil Şeydayevə son şans
ÖLKƏ FUTBOLU 2 Yanvar 2017 / 11:00 8507
-  A +

"Trabzonspor"un baş məşqçisi Ərsun Yanal futbolçusu Ramil Şeydayevlə bağlı qərarını dəyişib.

Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, türk mütəxəssis komandadan göndərməyi planlaşdırdığı millimizin oyunçusuna sonuncu dəfə şans verməyə qərar verib.  Belə ki, o, komandanın qış təlim-məşq toplanışından sonra R.Şeydayevlə bağlı yekun qərarını klub rəhbərliyinə bildirəcək.

Qeyd edək ki, "Trabzonspor"un  sonuncu iclasında R.Şeydayevlə yolların ayrılmağı barədə fikir mübadiləsi aparılmışdı.

Əlavə edək ki, R.Şeydayevi "Samsunspor" və "Giresunspor"un icarəyə götürmək istədiyi iddia edilir.

Daha çox


Son xəbərlər