"Qarabağ" hücumçusuz qaldı

XƏBƏR 19 Fevral 2010 / 16:30 2016
-  A +

Unibank Premyer Liqanın XXI turunda sabah “Olimpik-Şüvəlan”la qarşılaşacaq “Qarabağ” oyunöncəsi son hazırlığını başa vurub. Qol.Az-ın Ağdam klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda “təyyarəçi”lərlə görüşə itkilərlə çıxacaq. Zədəsi səbəbindən meydana çıxmayacağı öncədən bəlli olan Emin İmaməliyevdən başqa son turda mövsüm ərzində dördüncü sarı vərəqələrini alan Rauf Əliyev, Vüqar Nadirov və Maksim Medvedveyin matçda iştirak etməyəcəyi dəqiqdir. Qeyd edək ki, “Olimpik-Şüvəlan” – “Qarabağ” matçı sabah saat 14:00-da “Şəfa” stadionunda baş tutacaq.

Son xəbərlər