Hazırda Çin futbolu səs-küylü transferləri ilə diqqət çəkir. Bu ölkənin superliqasına milyonlar qarşılığında gedən ulduz futbolçuların sayı artmaqdadır. Halk, Oskar, Cekson Martinez, Jervinyo kimi ulduzlar artıq müxtəlif Çin klublarının oyunçularıdır.
Amma bu ölkədən gələn fantastik təklifləri rədd edən futbol adamları da az deyil.
Kriştiano Ronaldo
Futbolçunun meneceri bu yaxınlarda bildirib ki, bir Çin klubu Ronaldo üçün “Real”a 300 milyon avro, futbolçunun özünə isə ilinə 100 milyon avro təklif edib. Amma portuqaliyalı bundan imtina edib. Bənzər təklifin “Barselona”lı Lionel Messiyə də gəldiyi bildirilir. Hələlik argentinalı futbolçu bu xəbərlərə münasibət bildirməyib.
Arda Turan
Türk futbolçu Çindən gələn ilinə 15 milyon avroluq təklifi qəbul etməyib.
Zlatan İbrahimoviç
İlinə 120 milyon avroluq təklifi rədd edib.
Sesk Fabreqas
30 yaşı olmasına baxmayaraq, ispan futbolçu da Çin klublarının maraq dairəsinə düşüb. Amma o, 30 milyonluq transfer təklifindən boyun qaçırıb.
Ueyn Runi
Runi “Mançester Yunayted”də əsas heyətdə yerini itirsə də, komandasına sadiqdir. Çinin təklifi onu da maraqlandırmayıb.
Luka Modriç
İllik 20 milyon avroluq təklifə xorvatiyalı “yox” deyib.
Markos Roxo
“Mançester Yunayted”in argentinalı müdafiəçisi də Avropada qalmağı üstün tutub.
Ernanes
“Yuventus”un braziliyalı yarımmüdafiəçisinə ilinə 7 milyon avro təklif olunub. Amma o da bu təklifə müsbət yanaşmayıb.
Visente del Boske
“İlimə 15 milyon avro təklif gəlmişdi. Qəbul etmədim”. Bu sözlər İspaniya millisinin sabiq baş məşqçisinə məxsusdur.
Joze Mourinyo
Mourinyo Çindən alacağı mümkün təkliflə bağlı deyib: “Çindən gələn təkliflər çoxlarını cəlb edir. Amma mən daha çox yüksək səviyyədə futbola üstünlük verirəm. 53 yaşım. Bu gənc yaşda Çinə getməzlər”.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı