İsmael Fransisko “siftə etdi”

İsmael Fransisko “siftə etdi”
XƏBƏR 19 Fevral 2010 / 13:12 2319
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın məlumatına görə, qış fasiləsində “Olimpik-Şüvəlan”a qoşulan İsmael Fransisko yeni komandasının heyətində “siftə edib”. Buna qədər vurduğu qollarla diqqət mərkəzinə düşən braziliyalı forvard üçüncü oyununda qalmaqalla yadda qalıb. “Simurq”la görüşün 52-ci dəqiqəsində qırmızı vərəqə alan İsmael iki oyunluq cəzalanıb, klubu isə iki min manat xərcə salıb. Eyni cəzaya “Simurq”un üzvü - “təyyarəçilər”lə matçın 85-ci dəqiqəsində meydandan kənarlaşdırlan Tural Cəlilov da məruz qalıb. 
“Qəbələ” ilə matçda ikinci sarı vərəqəyə görə “qırmızı” alan Tagim Novruzovun cəzası isə yüngül olub. İntizam Komitəsi “Muğan”ın üzvünü 1 oyunluq cəzalandırıb, Salyan klubu isə 200 manat cərimə olunub.


Son xəbərlər