Çin klubundan "Qalatasaray"a 20 milyon avroluq təklif

Çin klubundan "Qalatasaray"a 20 milyon avroluq təklif
DÜNYA FUTBOLU 28 Dekabr 2016 / 11:59 4466
-  A +

"Qalatasaray"ın futbolçusu Lukaş Podolski Çində oynaya bilər.

Qol.az-ın "Sport Bild"ə istinadən yaydığı xəbərə görə, "Quançjou Everqrand" klubu alman hücumçunu transfer etmək istəyir. Bunun üçün "Qalatasaray"a 20 milyon avroluq müqavilə təklif edilib. L.Podolski Çin klubuna keçəcəyi təqdirdə, ilinə 9 milyon avro qazanacaq.

Qeyd edək ki, L.Podolski bu mövsüm 12 oyunda 6 qol vurub, 3 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner