Prosineçki "Bursaspor"a təklif olunub

Prosineçki  "Bursaspor"a təklif olunub
ÖLKƏ FUTBOLU 28 Dekabr 2016 / 10:13 4922
-  A +

Millimizin baş məşqçisi Robert Prosineçki "Bursaspor" klubuna təklif olunub.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın hazırkı baş məşqçisi Hamza Hamzaoğlu ilə yollar ayrılacağı təqdirdə, bu vəzifəyə əsas namizədlərdən biri xorvatiyalı mütəxəssis olub. Kluba yaxın şəxslər baş məşqçi vəzifəsinə ən yaxşı namizəd kimi R.Prosineçkini təklif ediblər.

Ancaq klubun dünənki iclasında hazırkı çalışdırıcı H.Hamzaoğlunun istefası qəbul edilməyib və onunla əməkdaşlığa davam edəcəyi bildirilib.

Qeyd edək ki, H.Hamzaoğlu Türkiyə superliqasının 16-cı turunda "Gənclərbirliyi"nə 1:3 hesablı məğlubiyyətdə sonra komandadan ayrılmaq istədiyini söyləmişdi.

Daha çox


Son xəbərlər