UEFA-dan Xarkova “yaşıl işıq”

UEFA-dan Xarkova “yaşıl işıq”
DÜNYA FUTBOLU 27 Dekabr 2016 / 13:52 3652
-  A +

UEFA Donetsk “Şaxtyor”una Avropa Liqasının 1/16 final mərhələsinin ev oyununu Xarkov şəhərində keçirməyə icazə verib.

Qol.az-ın xəbərinə görə, bu haqda Ukrayna mətbuatı məlumat yayıb. Matç fevralın 23-də keçiriləcək.

Xatırladaq ki, UEFA Donbas bölgəsində 2014-cü ildə yaranmış müqanişədən sonra ora yaxın ərazidə yerləşən Xarkovda beynəlxalq oyunların keçirilməsinə icazə vermirdi.

Donetsklilər o vaxtdan UEFA yarışlarındakı ev oyunlarını Ukraynanın başqa bir şəhəri – Lvovda keçirirdilər.


Son xəbərlər
topaz banner