Çakırdan kobud səhv - Video

Çakırdan kobud səhv - Video
VİDEO 27 Dekabr 2016 / 13:43 4487
-  A +

Türkiyənin FİFA referisi Cüneyt Çakır superliqanın son turunda keçirilən "Rizespor" - "Osmanlıspor" oyununda kobud səhvə yol verib.

Qol.az-ın xəbərinə görə, matçın 67-ci dəqiqəsində "Osmanlıspor"un qapıçısı  Karçemarskas cərimə meydançasına ötürülən topu uzaqlaşdırarkən qarışıqlıq yaranıb.

Çakır isə dərhal penalti nöqtəsini göstərib. Halbuki, top "Osmanlıspor"un futbolçularından heç birinin əlinə toxunmayıb. “Rizəspor” isə bu penaltidən yararlana bilməyib.

Qeyd edək ki, görüş "Osmanlıspor" 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqlar matçın 90-cı dəqiqəsində penaltidən qol vurub.



Son xəbərlər
topaz banner