"Neftçi"dən yeni transfer -30 yaşlı gürcü

"Neftçi"dən yeni transfer -30 yaşlı gürcü
ÖLKƏ FUTBOLU 27 Dekabr 2016 / 12:30 6307
-  A +

"Neftçi" növbəti transferini gerçəkləşdirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 30 yaşlı gürcü müdafiəçi George Navalovski ilə müqavilə bağlanıb.

G.Navalovski müxtəlif vaxtlarda Gürcüstanın "Dinamo”, "Olimpi”, "Dila”, Rusiyanın "Anji”, "Volqa”, "Ximki”, "Metallurq-Kuzbass”, "SKA-Energiya”, "Tosno” klublarında çıxış edib. 2010-cu ildə Bakı "İnter”inin şərəfini qorumuş 30 yaşlı futbolçu Gürcüstan milli komandasının heyətində 19, U-21 yığmasında 9 oyun keçirib. Onun son klubu Yunanıstan "Veriya”sı olub.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl "Qarabağ"dan Namiq Ələsgərovu transfer edib.

Daha çox


Son xəbərlər