Uzun illər Azərbaycan milli komandasının baş həkimi işləyən Boris Xetaqurov AFFA-nın həkimlər üçün keçirdiyi seminara dəvət almamasına etirazını bildirib.
Qol.az-ın xəbərinə görə, "Futbol+" qəzetinə müsahibəsində o bildirib ki, bu tədbirin ukraynalı həkimin rəhbərliyi altında keçirilməsini özü üçün təhqir sayır.
O, daha sonra deyib: “Belə təəssürat yaranır ki, sanki Boris Xetaqurov ölüb. Mən 1964-cü ildən “Neftçi”də, Azərbaycan millisinin yarandığı ilk gündən isə uzun illər orda işləmişəm. Mən Azərbaycanda doğulmuşam, valideynlərim burada dəfn olunub. Bütün həyatım boyu Azərbaycan idmanı naminə çalışmışam. Niyə mənə futbola yad bir adam imişəm kimi, yanaşırlar?”.
76 yaşlı mütəxəssis həmçinin Azərbaycan millisinin İsveçrə üzərindəki qələbəsinin 20 illiyi münasibəti ilə çəkilən filmə dəvət almamasından da narazı qalıb: “CBC Sport”un bu oyunla bağlı sənədli film çəkməsi yaxşı haldır. Amma çox təəccüblüdür ki, məni bu məsələdə də unutdular. Mən həmçinin İsveçrəni udan komandanın tərkibində olmuşam. Filmin təqdimatına məşqçiləri və futbolçuları dəvət etmişdilər. Hətta həmin oyunun iştirakçısı olmayanlar belə o tədbirdə idi. Kənarda isə elə görünür ki, mən o komandada olmamışam, həmin millinin baş həkimi işləməmişəm. Belə münasibət məni çox məyus etdi”.
Boris Xetaqurov sonda deyib: “Azərbaycan millisinin baş həkimin əcnəbi olmasına görə təəssüf hissi keçirirəm. Bəlkə də mən səhv edirəm. Avropada hansı ölkədə millinin baş həkimi əcnəbidir? Məgər, bizim özümüzdə həkim yoxdur? Yaxşı, mənim 76 yaşım var, bu vəzifəyə iddia etmirəm. Amma bizim uzun illər Birləşmiş Ərəb Əmirliklərində işləmiş Faiq Hüseynov kimi həkimimiz var. O, mənim tələbəm və çox yaxşı mütəxəssisdir. Nəyə görə bu gün seminarı xarici həkim aparmalıdır? Mən iki ildir işləmirəm, amma indiyədək də seminar aparmaq üçün xaricdən dəvət alıram. Son dəvətlər Bolqarıstan və İtaliyadan olmuşdu. Amma burda, vətənimdə mən heç kimə lazım deyiləm. Mən nə edim? Ölkə prezidentinə məktub yazım? Mən iş istəmirəm. Onsuz da 50 ildən çox çalışmışam. Amma AFFA-nın 1964-cü ildən futbolda işləyən adama laqeyd münasibəti mənə pis təsir edir”.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı