Pepe Çində oynaya bilər

Pepe Çində oynaya bilər
DÜNYA FUTBOLU 26 Dekabr 2016 / 09:45 3122
-  A +

"Real"ın müdafiəçisi Pepe futbolçu karyerasını Çində davam etdirə bilər.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı müdafiəçiyə Çinin bir neçə klubundan təklif göndərilib.

"Real"la bu mövsüm başa çatacaq müqavilənin müddətini yeniləmək barədə danışıqlar aparmayan Pepenin göndərilən təkliflərdən birinə müsbət cavablandıra biləcəyi iddia edilir.

Qeyd edək ki, Pepe bu mövsüm La Liqada 8 oyunda 1 qol vurub.


Son xəbərlər
topaz banner