Əfran İsmayılov: “Mən də karyeramı Avropada davam etdirmək istəyirəm”

Əfran İsmayılov: “Mən də karyeramı Avropada davam etdirmək istəyirəm”
XƏBƏR 18 Fevral 2010 / 18:06 2155
-  A +

“Mənə göstərdiyiniz diqqətə görə sizə öz təşəkkürümü bildirirəm. Mənə səs verən hər kəsə, o cümlədən Unibank və PFL rəhbərliyinə minnətdaram”. Qol.Az-ın məlumatına görə, bu sözləri Unibank və PFL-in birgə keçirdiyi sorğuya əsasən Premyer Liqanın 2009-cu ilin dekabr ayı üçün ən yaxşı futbolçusu seçilən Əfran İsmayılov deyib. Gəcn oyunçu keçmiş komanda yoldaşı Vaqif Cavadov kimi karyerasını Avropada davam etdirmək istədiyini açıqlayıb: “Məndən əvvəl Vaqif Cavadov da çempionatın ən yaxşısı seçildi. Bundan sonra isə Vaqif “Tvente”dən dəvət aldı. Mən də çox istərdim Vaqifin yoluynan gedib. Karyeramı Avropada davam etdirim”.


Son xəbərlər
topaz banner