"Qarabağ" yeganə komandadır ki, öz doğma stadionunda 20 ildən artıqdır oynamır. Komanda təmsil etdiyi Ağdam 1993-cü ildə işğal olunandan sonra qaçqın status alıb. Bu, milli səviyədə münaqişədir".
Qol.az-ın məlumatna görə, bu fikirləri "Qarabağ"ın ispaniyalı məşqçisi Ruben Selles ölkəsinin mətbuatına açıqlamasında bildirib.
33 yaşlı mütəxəssisin fikrincə, azərbaycanlılar Ermənistanla Dağlıq Qarabaq münaqişəsinə görə doğma münasibət göstərdiyi, Avropaya göstərmək üçün yaxşı bir vasitə olan "Qarabağ"a xüsusi klub kimi baxır: "Azərbaycanın ərazisinin 20 faizdən çoxu Ermənistan tərəfdən işğal edilib. 1 milyondan çox insan qaçqın, köçkün olub. Ağdamın işğal olunması nəticəsində "Qarabağ"ın stadionu dağıdılıb. Komandanın məşqçisi Allahverdi Bağırov Qarabağın müdafiəsi uğrunda müharibədə Azərbaycan ordusundə komandir olub. O, klubdan gedərək Ağdam uğrunda döyüşüb və həlak olub. Bağırov milli qəhrəmandır. Klub hər il onu yad edir, xatirəsinə stadonda banner asılır.
"Qarabağ"ın prezidenti Tahir Gözəl atası ilə birgə "Azərsun" şirkətinin yaradıcılarıdır. Kluba 2001-ci ildən himayədarlıq edirlər. Onlar bütün Avropaya, dünyaya Qarabağ həqiqətlərini göstərməyə, bu torpaqların Azərbaycana məxsus olduğunu nümayiş etdirmək üçün çalışırlar. "Qarabağ"ın son 3 ildə çempion olmasının əsas memarı baş məşqçisi Qurban Qurbanovdur".
Selles "Qarabağ"ın oynayan həmyerliləri haqda da danışıb: "Komandamızda iki ispaniyalı futbolçu var. Bunlardan biri Xixon "Sportinq"i ilə "Xetafe"nin sabiq futbolçusu Miger Maderadır. Digər yarımmüdafəçi isə Dani Kintanadır. O, komandada ən yaxşılardan biridir, Avropa Liqasında Pol Poqbanı qabaqlayıb. Ötən mövsüm isə Azərbaycan Premyer Liqasının bombardiri olub.
"Qarabağ"da qaçqın ailələrin övladları oynayır. Kapitan Rəşad Sadıqov kimi. Komandada Qarabağ müharibəsində həlak olanların övladları da çıxış edir. Döyüşlər Bakıdan uzaqda olur. Ancaq insanların həyatında özünü çox göstərir. Hər dəfə cəbhə bölgəsində qarşıdurmalar, ölümlər, hər iki tərəfdən çox gərginlik olur".
Məlum olduğu kimi, hazırda "Mançester Yunayetd"də oynayan erməni futbolçu Henrix Mxitaryan ötən mövsüm Dortmund "Borussiya"sında forma geyinərkən "Qəbələ" ilə Avropa Liqasında qrup matçı üçün Azərbaycana gəlməmişdi. Almaniya klubu bəyanatında bu addımın təhlükəsizliklə bağlı olduğunu əsaslandırmışdı. Selles Azərbaycanın ərazilərinin qaytarılmasında sülh yolunun tərəfdar olduğunu vurğulayıb: "Klubun bu mövqeyini ortaya qoymasını qeyd etmək çox vacibdir. Azərbaycan işğal olunmuş torpaqlarının geri qaytarılması üçün danışıqların aparılmasına üstünlük verir".
Qeyd edək ki, yarım ildir "Qarabağ"da çalışan, fiziki hazırlıq üzrə məşqçi olan Selles daha öncə "Neftçi" bu vəzifədə işləyib.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə