Ramin Musayev: “Əfran İsmayılova Vaqif Cavadovun yoluyla getməyi arzulayıram”

XƏBƏR 18 Fevral 2010 / 16:54 2249
-  A +

Əfranı qalib olması münasibətilə təbrik edirəm. Əsas odur ki, Əfran ulduz xəstəliyinə tutulmasın”. Qol.Az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev PFL-in rəy sorğusuna əsasən, «Qarabağ» klubunun 21 yaşlı yarımmüdafiəçisi Əfran İsmayılovun 2009-cu ilin dekabr ayı üçün Unibank Premyer Liqasının ən yaxşı futbolçusu seçilməsinə münasibət bildirərkən deyib.
R.Musayev Əfran İsmayılova da tezliklə Vaqif Cavadov kimi karyerasını ölkə xaricində davam etdirməyi arzulayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner