Bu gün Bakı Olimpiya Stadionunun konfrans zalında CBC Sport telekanalının hazırladığı "26-cı dəqiqə" filminin təqdimat mərasimi keçirilib.
Qol.az-ın xəbərinə görə, film futbol üzrə milli komandamızın 1996-cı ildə dünya çempionatının seçmə mərhələsində İsveçrə üzərində qələbəsinə (1:0) həsr olunub.
Tədbiri açıq elan edən “CBC Sport”un baş direktoru Volkan Üst iştirakçıları salamlayıb və filmin yaradıcı heyətini səhnəyə dəvət edib. Tarixi qələbəmizin 20 illiyinə həsr olunan "26-cı dəqiqə" filminin layihə rəhbəri, müxtəlif beynəlxalq festivalların laureatı Azər Cavad Əliyev və müəllif Vəfa Ağabalayeva filmin necə ərsəyə gəlməsindən danışıblar.
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, 1996-cı ildə federasiya prezidenti olan Fuad Musayev, milli komandamızın o vaxtkı baş məşqçisi Kazbek Tuayev, İsveçrə ilə matçı iştirakçılarından Tərlan Əhmədov, Yunis Hüseynov, Vidadi Rzayev, Arif Əsədov, Samir Ələkbərov, İqor Getman və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Filmin nümayişindən sonra AFFA-nın baş katibi Elxan Məmmədov, Fuad Musayev, Kazbek Tusayev və veteran futbolçular təəssüratlarını bölüşüblər.
AFFA-nın baş katibi Elxan Məmmədov üzərində 31 avqust 1996-cı il, 19:26 yazılan saatları yığmamızın üzvlərinə, məşqçilər heyətinə və o dövrün federasiya rəsmilərinə təqdim edib.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır