AFFA Klublar Komitəsinin yeni sədri Kamran Quliyev Azərbaycan hakimliyindəki hazırkı duruma münasibət bildirib.
Qol.az-ın xəbərinə görə, komitənin bugünkü iclasından sonra o, jurnalistlərə deyib ki, hakimlərlə bağlı məsələ Premyer Liqada yarışan klubların hamısını narahat edir: “Amma hakimliyin hazırkı durumu o qədər də acınacaqlı deyil. Gənc hakimlər artıq Avropada yeni rütbələr alırlar. İstərdik ki, onların aldıqları rütbə və təcrübə sayəsində Premyer Liqa və I diviziondakı hakimlik problemini həll olunsun. Yəqin ki, bu barədə gələcəkdə müzakirələrimiz olacaq. Formalaşmış şəkildə təklif hazırlamaq gündəmimizdə deyil. Amma müzakirə ərzində əgər belə bir təklif olsa, Hakimlər Komitəsonin sədri Xaqani Məmmədovu dəvət edə bilərik. İndi yalnız ili bağladıq. Müəyyən narazılıqlar olub. Amma bu, demək olar ki, hər dəfə olur”.
K.Quliyev deyib ki, əgər hakimlərimiz təhsil almasalar, öz təhsilləri üzərində işləməsələr, toplanışlara getməsələr, beynəlxalq səviyyədə görüşlərə təyinat almasalar vəziyyət acınacaqlı olar: “Əliyar Ağayev bu il U-19-lar arasında Avropa çempionatının final matçını idarə edib. Avropa Liqası oyunları səviyyəsində hakimlərimiz var. Klublar səviyyəsində əvvəl “Neftçi” güclü idi, indi “Qarabağ” və “Qəbələ”. Digər klublar da onlara oxşamaq istəyirlər. Çünki onların müəyyən bir səviyyəsi var. Bu gün Əliyar Ağayev Avropada özünə yer tapıbsa, inanıram ki, digər hakimlər də onun yolunu davam etmək istəyirlər. Acınacaqlı deyil, amma çatışmazlıqlar var”.
K.Qulyev “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun AFFA Hakimlər Komitəsinə əcnəbi mütəxəssisin dəvət olunmasına da münasibət bildirib.
“AFFA-nın təcrübəsi var. Milli komandamızın baş məşqçisi əvvəl də əcnəbi olub, indi də əcnəbidi. Söhbət komitə rəhbərinin seçilməsindən, ora hansısa bir adamın təyin olunmasından getmir. Xaqani Məmmədov hazırda komitə sədridir. İndi hansısa namizəddən danışmağım qeyri-etik olar. Onun hazırkı durumu da sual altında deyil. Əgər nə vaxtsa belə vəziyyət yaransa, onda bu məsələni müzakirə edə, namizədlərdən danışa bilərik. Ancaq indi bu barədə müzakirə aparmağım doğru olmaz”.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır