"Çelsi" Oskarı 60 milyona satdı – rəsmi

"Çelsi" Oskarı 60 milyona satdı – rəsmi
DÜNYA FUTBOLU 23 Dekabr 2016 / 13:01 5035
-  A +

"Çelsi"nin yarımmüdafiəçisi Oskar Çinin "Şanxay Şanqan" klubuna transfer olunub.

Qol.az-ın xəbərinə görə, bu barədə London klubunun saytı məlumat yayıb. Tərəflər müqavilənin bütün şərtlərini razılaşdırıb. "Şanxay Şanqan" yanvar ayında baş tutacaq bu transfer üçün "Çelsi"yə 60 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, bu transferlə Oskar London klubunun satdığı ən bahalı oyunçu olub.

25 yaşlı braziliyalı Oskarın "Şanxay Şanqan"da həftəsinə 360 min funt sterlinq qazanacağı gözlənilir.


Son xəbərlər
topaz banner