“Bugünkü islasda əsas məsələ seçki idi. Bundan başqa, klublar hakimliklə bağlı narazılıqlarını bildirdi. Daha sonra seçkiyə keçdik. 5 klub komitə sədrliyinə namizəd olmaqdan imtina etdi. Daha sonra seçki oldu. 7 səs toplayan Kamran Quliyev sədr seçildi. Mən yenidən namizəd olmağı istəmədim. Düşünürəm ki, 1 il bəsdir".
Qol.az-ın məlumatına görə, bu sözləri AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov AFFA-nın Klublar Komitəsinin bugünkü iclasından sonra deyib.
Klublar Komitəsinin sabiq sədri F.Hüseynov bildirib ki, iclasda əsas müzakirə mövzusu hakimlik olub:
" Əvvəlcə "Qəbələ" və "Qarabağ" arasında keçirilən matçdan danışdıq. Hakimlikdə problemlərin olduğu açıq-aşkardır. "Qəbələ" ilə kubokun cavab oyununda Fariz Yusifov gözünün önündə olan penaltini vermədi.
"Qarabağ"dan başqa hamı hakimlikdən narazıdır. Bəlkə, onlar da nədənsə narazıdırlar, amma danışmırlar. İclıasda 1 saat ərzində ancaq hakimlikdən danışdıq. Bu işə əlac tapmaq lazımdır. Bu cür davam edə bilməz. Hakimlərin bu hərəkətinin adı ancaq qərəzdir. Çünkü hamı hakimlikdən narazılıq edir. Fariz Yusifov 14 gündə 3 kubok oyununu idarə etdi. Dünyada bunun analoqu yoxdur. Hakimlərin səhvləri sponsorları futboldan soyudur. Ona görə də bu gün ciddi maliyyə problemləri yaşanır”.
Qeyd edək ki, AFFA-nın Klublar Komitəsinin bugünkü iclasında komitənin yeni sədri seçilib. Bu vəzifəyə "Sumqayıt”ın prezidenti Kamran Quliyev təyin edilib.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır