35 yaşlı hücumçuya 40 milyon avro qiymət qoydular - rəsmi

35 yaşlı hücumçuya 40 milyon avro qiymət qoydular - rəsmi
DÜNYA FUTBOLU 21 Dekabr 2016 / 21:59 5124
-  A +

"Atletik" (Bilbao) futbolçusu Arits Adurislə yeni müqavilə imzalayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 35 yaşlı hücumçu ilə müqavilənin müddəti 2018-ci il iyunun 30-a kimi uzadılıb.

Klub A.Adurisə 40 milyon avro qiymət qoyub.

Qeyd edək  ki, 2012-ci ildən "Atletik"də çıxış edən A.Aduris 201 oyunda 108 qol vurub.


Son xəbərlər
topaz banner