"2016 bizim üçün təcrübə ili oldu" - Qurban Qurbanov

"2016 bizim üçün təcrübə ili oldu" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 21 Dekabr 2016 / 19:16 3074
-  A +

"Maraqlı oyun oldu, bu gün futbolçularımın istəkli olması vacib idi, bu oyunda da istək daha çox idi. Rəqib də ilk dəqiqələrdən yaxşı mübarizə apardı".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalında "Sumqayıt"a 5:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, futbolçularına təşəkkür edib:

"Ağır bir ili birlikdə geridə qoyduq. Bu il bizim üçün təcrübə ili oldu. Sonda hər birinizə xoş istirahətlər arzulayıram".

Daha çox


Son xəbərlər