Bu gün ölkə kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Qol.az-ın məlumatına görə, keçirilən 4 qarşılaşmadan sonra yarımfinalçılar müəyyənləşib.
Günün ilk oyunu Gəncədə keçirilib. “Kəpəz” ilk oyunda 2 cavabsız qolla uduzduğu “İnter”i sınağa çəkib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Beləliklə, ilk yarımfinalçı "İnter" olub.
Sumqayıtda eyniadlı komanda “Qarabağ”la üz-üzə gəlib. İlk oyunda 6 cavabsız qolla qalib gələn Ağdam klubu bu dəfə rəqibini 5:2 hesabı ilə üstələyib və yarımfinala yüksəlib.
AZAL - “Qəbələ” görüşü maraqla gözlənilirdi. İlk matçda səfərdə əzmkar qələbə qazanan Roman Qriqorçukun komandası bu dəfə də qalib gələrək mərhələni adlayıb.
“Neftçi” - “Zirə” qarşıdurmasında isə qonaqlar qalib gəlsə də (2:1) ilk görüşdə 3:0 hesablı qələbə qazanan "ağ-qaralar” yarımfinla yüksəlib.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları martın 30-u, cavab görüşləri isə aprelin 5-i keçiriləcək.
21 dekabr
Azərbaycan kuboku
1/4 final mərhələsinin cavab oyunları
“Neftçi” - “Zirə” - 1:2
Qol: Milan Duriç, 32 (0:1), Rahil Məmmədov, 40 (1:1), Tural Cəlilov, 85 (1:2)
İlk oyun - 3:0
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov
8-ci kilometr qəsəbə stadionu
“Kəpəz” - “İnter” - 0:0
İlk oyun - 0:2
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
Gəncə şəhər stadionu
“Sumqayıt” - “Qarabağ” - 2:5
Qollar: Namiq Ələsgərov, 8 (0:1),Amil Yunanov, 14 (1:1), Namiq Ələsgərov, 16 (1:2), Vüqar Nadirov, 70 (1:3), Amil Yunanov, 80 (2:3), Namiq Ələsgərov, 82 (2:4), Rahid Əmirquliyev, 89 (2:5)
İlk oyun - 0:6
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
“Kapital Bank Arena”
AZAL - “Qəbələ” - 0:1
Qol: Asif Məmmədov, 53
İlk oyun - 1:2
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov
“AZAL Arena”
Yarımfinal cütləri
"Neftçi" - "Qarabağ"
"İnter" - "Qəbələ"
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video