«Trabzonspor» Bakıdan gələn xəbərə sarsıldı

XƏBƏR 18 Fevral 2010 / 11:56 2457
-  A +

Türkiyənin «Trabzonspor» komandası «Bakı» klubunun həkimi Murad Mərdanlının dünyasını dəyişməsi xəbərindən sarsılıb. Qol.Az-ın «Fanatik» qəzetinə istinadən verdiyi məlumata görə, bir vaxtlar «Trabzonspor»da da çalışan Murad Mərdanlının qəfil vəfatı bu komandada da kədərlə qarşılanıb. Hadisə ilə bağlı Türkiyə klubu «Bakı»nın rəhbərliyinə və baş məşqçi Bülənt Qorxmaza başsağlığı verib.


Son xəbərlər