“Bavariya” Mübariz Mənsimova mane olmaq istəyir

“Bavariya” Mübariz Mənsimova mane olmaq istəyir
XƏBƏR 17 Fevral 2010 / 23:54 2574
-  A +

Almaniyanın “Bavariya” klubu Yıldırım Dəmirörənin növbəti dəfə “Beşiktaş”a prezident seçilməsindən sonra yayda Moskva ÇSKA-nın futbolçusu Miloş Krasiçi İstanbula gətirəcəyini deyən həmyerlimiz, “Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər Lənkəran”ın fəxri-prezidenti Mübarizə Mənsimova mane olmaq istəyir. Qol.Az-ın məlumatına görə, Münhen təmsilçisi də serbiyalı ulduzu heyətinə qatmaq istəyir. Bu xəbəri Krasiçin meneceri Boban Şimiç də təsdiqləyib. Şimiçin sözlərinə görə, Krasiç özü də “Bavariya”ya keçməyə hazırdır.
Xatırladaq ki, Krasiçin “hərbçilər”lə olan müqaviləsi 2011-ci ildə başa çatacaq. Buna baxmayaraq, Moskva klubu serbiyalı futbolçunu sərfəli təklif qarşılığında satmağa hazır olduğunu bəyan edib.


Son xəbərlər