Sabah dekabrın ən yaxşı futbolçusunun adı məlum olacaq

XƏBƏR 17 Fevral 2010 / 23:32 2087
-  A +

Peşəkar Futbol Liqası və Unibankın birgə müəyyənləşdirdiyi ayın ən yaxşı futbolçusunun dekabr ayı üçün qalibinin adı sabah məlum olacaq. Qol.Az-ın məlumatına görə, ötən ilin sonuncu ayının Premyer Liqada ən yaxşı oyunçusunun adı sabah Unibankın ofisində keçiriləcək tədbirdə açıqlanacaq. Dekabrın ən yaxşı futbolçusu olmağa 7 namizəd var.
Xatırladaq ki, oktyabr ayının ən yaxşısı Vaqif Cavadov, noyabrın qalibi isə Mario Souza seçilmişdi.


Son xəbərlər