“Qarabağ” klubunun futbolçusu Miçel Markos Madera Topaz Premyer Liqanın 14-cü turunda "İnter"lə oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqqında fikirlərini bilmək istərdik...
- Bir xal da pis deyil. Lakin ümumi olaraq deyə bilərəm ki, biz daha çox qələbəyə layiq idik.
- Hava şəraitinin oyuna nə dərəcədə təsiri oldu?
- Belə havada oynamaq asan deyildi. Çünki topu istədiyimiz sürətdə göndərə bilmirdik.
- “Qarabağ”ın “İnter”i məğlub edə bilməməyinə səbəbi nədə görürsən?
- Heç bir oyunumuz asan keçmir. Amma “İnter” digər komandalara nisbətən hər zaman yaxşı müdafiə olunur.
- Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Fioretina"ya məğlub oldunuz və 1/16 final mərhələsinə vəsiqə qazana bilmədiniz. Bu, yeni il öncəsi əhval-ruhiyyənə pis təsir etmir?
- Təbii ki, mən də hər kəs kimi istərdim ki, növbəti mərhələyə keçək. Təəssüf ki, həmin matçda komandama kömək edə bilmədim. Artıq əlimizdən bir şey gəlmir. Növbəti mövsümə köklənməliyik.
- “Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya millisinə dəvət alıb. Miçel İspaniya milli komandasına nə vaxtsa dəvət alacağını gözləyir?
- Uzun illərdir peşəkar futbolçuyam və bilirəm ki, İspaniya millisinə çağırılmaq nə qədər çətindir.
- Matça çıxmamışdan öncə bilirdiniz ki, ən yaxın izləyiciniz “Qəbələ” üç xal qazanıb?
- Mən maraqlanmadım. Sadəcə olaraq, kimsə dedi ki, qələbə qazanıblar. Lakin bu, bizim oyunumuza təsir etmədi.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi