"Son pillələrdə qərarlaşan 2 komandanın görüşü idi. Bizim üçün derbi sayılırdı. Bu gün 3 xal bizə çox lazım idi. Komandamın son oyunlardakı mübarizəsindən razıyam. Sadəcə, qalibiyyət çatışmırdı. Bütün futbolçulara təşəkkür edirəm. "Qəbələ” ilə oyunda zədəlilərimiz var idi. Bu matçda isə onlar artıq meydanda idilər, 1-2 futbolçu istisna olmaqla. Futbolçulara demişdim ki, heç olmasa qış fasiləsinə yüksək əhval-ruhiyyədə gedək. Düzdür, hələ də çatışmayan cəhətlərimiz var. Amma qələbə qələbədir. İli qalibiyyətlə başa vurduğumuz üçün şadam”.
Qol.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 34-cü turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, qış fasiləsində heyətdə dəyişiklik olacağını bildirib:
"Komanda noyabrın ortasından əzmkar oyun göstərməyə başladı. Bəli, dəyişikliklər olacaq. Amma çox böyük dəyişikliklər etmək fikrində deyilik. Çalışacağıq ki, büdcəmizə uyğun, amma səviyyə və təcrübə baxımından bizə kömək edə biləcək oyunçular gətirək.
T.Əhmədov qış toplanışının Şüvələndə olacağını söyləyib:
"Əgər büdcə 150 mindisə, biz heç hara gedəsi deyilik. Son 2 ildə olduğu kimi, Şüvəlanda hazırlaşacağıq. Yanvarın 5-dən hazırlığa start verəcəyik.
T. Əhmədov jurnalist kimi bugünkü qələbəni necə şərh edəcəyi ilə bağlı sualı belə cavablandırıb:
!Kənardan oyunu təhlil etmək asandır. Pelenin bir müsahibəsi var ki, ona futbolla dama arasındakı fərqi soruşurlar. Deyir ki, futbolu hamı dərk edir, amma çoxu oynaya bilmir. Damanı isə hamı oynayır, amma hər kəs dərk etmir. Mən jurnalist olsaydım, bəlkə də, baş məşqçiləri daha çox tənqid edərdim. Keçən il Avroliqaya şansımız son anda əldən çıxdı. Bu il də istəməzdim ki, nə "Neftçi”, nə də AZAL bu büdcə ilə bu şəraitdə futbol oynasınlar. Oyun baxımından AZAL heç kimdən geri qalmır. Hər bir "Neftçi”yə qalib gəlmək istəyər. Biz öz büdcəmizə görə "xalq komandası”na qalib gəlmişiksə, deməli, bizi qarşıda daha yaxşı oyunlar gözləyir".
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi