Axtyamovun klubsuz qalmasının səbəbkarı məlum oldu

Axtyamovun klubsuz qalmasının səbəbkarı məlum oldu
XƏBƏR 17 Fevral 2010 / 19:28 2348
-  A +

Milli komandamızın hücumçusu Daniel Axtyamovun növbəti dəfə klubsuz qalmasının səbəbkarı məlum olub. Qol.Az-ın məlumatına görə, Qazaxıstanın “İrtış” klubu baxışda olan hücumçulardan millimizin forvardına deyil, braziliyalı Rikardu Souzaya üstünlük veriblər. Baş məşqçi Talqat Baysufinovun verdiyi məlumata görə, braziliyalı hücumçu baxışda olan digər forvardlarla müqayisədə özünü daha yaxşı tərəfdən göstərməyi bacarıb.
Qeyd edək ki, Souza buna qədər Rusiyanın “Çernomorets” və Braziliyanın “Vasko De Qama” klublarında çıxış edib.


Son xəbərlər