“Neftçi” daha bir yeni transferi göndərdi

“Neftçi” daha bir yeni transferi göndərdi
ÖLKƏ FUTBOLU 15 Dekabr 2016 / 14:27 5186
-  A +

“Neftçi” daha bir legioneri ilə yolları ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, makedoniyalı futbolçu Vançe Şıkov ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Xatırladaq ki, mövsümün əvvəlində transfer edilmiş V.Şıkov "Neftçi”nin heyətində 9 oyunda meydana çıxmışdı.

Əlavə edək ki, bu mövsümün gedişatında paytaxt klubu əcnəbi futbolçulardan Katalin Tira, Denilson Pereyra və Dario Melnyakla da yollarını ayırmışdı.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner