“Qarabağ”ın 6:0-la gələn 50-ci qələbəsi

“Qarabağ”ın 6:0-la gələn 50-ci qələbəsi
ÖLKƏ FUTBOLU 14 Dekabr 2016 / 14:58 3651
-  A +

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu “Qarabağ” üçün iki yubileylə əlamətdar olub.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub edən ağdamlılar ölkə kubokunda 50-ci ev qələbəsini qazanıb. Bunu 64-cü matçında gerçəkləşdirən “ağ-göylər” Azərbaycan kuboku çərçivəsində öz meydanında ən çox qələbə qazanan klubdur.

Hesabında 9 heç-heçə və 5 məğlubiyyət olan “Qarabağ”ın “Sumqayıt”la görüşdəki 4-cü qolu da yubiley əhəmiyyəti kəsb edib. Mahir Mədətov komandasının 150-ci ev qoluna imza atıb. Əyalət klubunun evdəki məhsuldarlığı 2,375-dir. Azərbaycan kubokunda öz meydanında ən çox qol vuran komanda ünvanına sahib olan ağdamlılar 152 dəfə fərqlənib. Qonaqlar isə onların qapısından cəmi 30 top keçirib.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner