Kubokda 1/4 finalın ilk oyunları keçirildi

Kubokda 1/4 finalın ilk oyunları keçirildi
ÖLKƏ FUTBOLU 13 Dekabr 2016 / 19:48 17409
-  A +

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, əvvəlki mərhələdən fərqli olaraq, bu dəfə cütün qalibi 2 oyunun nəticəsinə əsasən müəyyənləşib.

Günün ilk oyunu Qəbələdə keçirilib. Eyniadlı komanda Premyer Liqanın autsayderi AZAL-ı sınağa çəkib. Çempionatda AZAL səfərində 2 xal itirən “Qəbələ”, bu dəfə “təyyarəçilər” üzərində qələbə qazanıb - 2:1.

Çempionatda uğursuz çıxış edən “Neftçi” “Zirə”nin qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.

Bakı "İnter"i doğma meydanda "Kəpəz"i məğlub edib - 2:0.

Son 2 ildə ölkə kubokunun qalibi olan “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Ağdam klubu rəqibini darmadağın edib - 6:0.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

13 dekabr


18:00. "Qarabağ" - "Sumqayıt" - 6:0
Qollar:
Almeyda, 25-pen. Dino Ndlovu, 34-pen. Coşğun Diniyev, 40, Mahir Mədətov, 64, Namiq Ələsgərov, 67, Mahir Mədətov, 78 (6:0)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
"Azersun Arena"

17:00. "Zirə" - "Neftçi" - 0:3
Qol:
Jonas Pesalli, 44 (0:1), 58-pen. (0:2), 63-pen. (0:3)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu

17:00. "İnter" - "Kəpəz" - 2:0
Qollar:
Rauf Əliyev, 58, Nizami Hacıyev, 61
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
"İnter Arena"


15:00. "Qəbələ" - AZAL - 2:1
Qol:
Mirzağa Hüseynpur, 37, (0:1), Filip Ozobiç, 61 (1:1), Ruslan Qurbanov, 74 (2:1)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu

Qeyd edək ki, 1/4 finalın cavab oyunları dekabrın 21-də keçiriləcək.

Daha çox


Son xəbərlər