İbrahimoviç 700-cü oyununa çıxdı

İbrahimoviç 700-cü oyununa çıxdı
DÜNYA FUTBOLU 12 Dekabr 2016 / 11:50 2783
-  A +

"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç üçün İngiltərə Premyer Liqasında "Tottenhem"lə oyun (1:0) əlamətdar olub.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu görüşlə isveçli oyunçu klub səviyyəsində 700-cü matçına çıxıb.

Qeyd edək ki, Z.İbrahimoviç "Malmö"də 47, "Ayaks"da 110, "Yuventus"da 92, "İnter"də 117, "Barselona"da 46, "Milan"da 85, PSJ-də 180 və "Mançester Yunayted"də 23 oyuna çıxıb. O, 700 görüşdə 405 qol vurub.


Son xəbərlər
topaz banner