Mən onun toyunda iştirak edə bilmədim, halbuki dəvətliydim. Mən onun evinə qonaq gedə bilmədim, hərçənd o məni dəfələrlə qonaq dəvət etmişdi. Sevimli klubunda işə düzələndə çox sevindim, amma bu sevinc kədərə çevrildi. Ötən şənbə günü onu təkcə mən yox, bütün tanıyanlar itirdi. Vəzifə borcunu yerinə yetirərkən Yevlaxdan Bakıya qayıdan zaman qəza Alim Malikoğlunun vaxtsız vəfatına səbəb oldu. Onun ölümü yaxınları və həmkarları üçün faciəyə çevrildi.
Onunla tanışlığımız “168 saat” qəzetinin redaksiyasından başladı. Sonradan “Futbol-proqnoz” nəşrində birlikdə işlədik. Özünə qarşı tələbkar olan Alim həmişə həmkarlarının uğuruna sevinərdi. Yaranan problemlərə müxtəlif yanaşmaları analiz edər, düzgün qərar qəbul edərdi. Yevlaxa səfərdən imtina edə bilməzdi, çünki bu onun işi idi.
Onun toyuna gələ bilmədim. Çəkiliş axşam saat 10-a qədər uzandı, sonda yağışlı havada toyun keçirildiyi Sumqayıta gedə bilməyəcəyimi başa düşüb zəng vurmalı oldum. Alimdən məni bağışlamağı xahiş etdim. Müxtəlif səbəblərdən onun evinin qonağı olmadım. Gah vacib iş çıxırdı, gah da başqa problemlər görüşümüzə imkan vermirdi. Bazar ertəsi evində oldum, amma artıq Alim həyatda yox idi.
Alim televiziyanı tərk edəndə sirr olaraq söyləmişdi ki, yenidən qayıtmaq istəyir. Müxtəlif sayt və qəzetlərdən təklif olmasına baxmayaraq, müsbət cavab vermədi. “Neftçi”də işləmək təklifi onun üçün böyük hədiyyə oldu. Axı, Alim artıq “Neftçi”yə azarkeşlik edəcəyini gizlətməyəcəkdi. O, flaqmanı digər klublardan çox istəyirdi. Həmişə zarafatyana çempionluq “Neftçi”lik deyil” söyləyəndə əsəbiləşərdi.
“Neftçi”də cəmi 15 gün işlədi. Alim Malikoğlunun faciəvi ölüm xəbərini... ...mənə doğum günümdə çatdırdılar.
Oğlu dünyaya gələndə o artıq övladını gələcəkdə futbolçu görmək istədiyini dəqiqləşdirmişdi. Türk futbolçu Nihat Kahveçinin şərəfinə oğluna Nihat adını qoydu. Çünki onu yaşıl meydanlarda görmək istəyirdi. Ümid edirəm ki, belə də olacaq. Oğlunu yaşıl meydanda görəcək...
...O dünyadan baxanda.
Allah rəhmət eləsin
Sənan ŞƏFİZADƏ
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət